Prezident İlham Əliyev Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Open.az-ın məlumatına görə, sərəncamla Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Z.Oruc hazırda Milli Məclisin deputatıdır.