Rusiyalı minaaxataranlar Xocalının minalardan təmizlənməsinə başlayıblar.

Open.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Bildirilib ki, minalardan təmizləmə prosesində çoxfunksiyalı "Uran-6" robot kompleksindən istifadə edilir və bu işə Rusiya Müdafiə Nazirliyinin Minaaxtaranlar şöbəsi də cəlb olunub.

Humanitar Minalardan Təmizləmə Mərkəzinin rəis müavini, polkovnik-leytenant Dmitri Klyuçevskinin sözlərinə görə, “Uran-6” kompleksindən istifadə təmizləmə işlərinin keyfiyyətli və tam aparılmasına şərait yaradır.