Virusa yoluxmuş insanlar evdən çıxaraq başqalarını yoluxdurduqda cinayət məsuliyyəti daşıyır.

Open.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi birifnqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı bir neçə hal da müəyyən edilib. İnsanlar imza atdığı iltizama uyğun öhdəliyi yerinə yetirməsə, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Evdə müalicə olunan şəxs vəziyyəti ağırlaşsa, 103-ə zəng etməlidir:

"Bu öhdəliyi yerinə yetirməyənlər cinayət məsuliyyətinə cəlb olunacaq. Əgər vətəndaş bilirsə ki, ehtimallar var, virusa yoluxma var, o şəxs evdə qalmalıdır və bu barədə aidiyyatı qrumlara məlumat verməlidir".