Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

Open.az xəbər verir ki, əmrə əsasən polis polkovnik-leytenantı Çingiz Aslanov Gəncə şəhər Baş Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Çingiz Aslanov daha öncə Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışıb.