Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin (BMCMİ) rəisi vəzifəsinə təyinat olub.

Open.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Sözügedən vəzifəyə Nəsimi rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin edilib.

Qeyd edək ki, bu təyinatla bağlı ilk xəbəri strateq.az saytı yayıb.