Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə yaradılmış komissiyaya bu günə qədər 1 751 nəfər vətəndaş qəbul edilib.

Open.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.

Onun sözlərinə görə, komissiyanın Füzulidə yerləşən səyyar qrupu tərəfindən isə 202 müraciətə baxılıb: “Vətəndaşlara lazımı qaydada köməkliklərin göstərilməsi üçün bütün tədbirlər görülür".