Azərbaycanda ünvanlı dövlət sosial yardımı alanların sayı açıqlanıb.

Bu barədə Open.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, 2020-ci il yanvarın 1-i vəziyyətinə 72,2 min aztəminatlı ailənin 298,9 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 50,03 manat təşkil edib.