Yanvar-sentyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 2679,1 kiloqramı qızılın payına düşüb.

Open.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz azalıb.

Oktyabrın 1-nə olan vəziyyətə əsasən, 357 kiloqram hazır qızıl ehtiyatı var.