Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oktay Gülalıyevin vəziyyətində irəliləyiş yoxdur.

Open.az xəbər verir ki, bununla bağlı məlumatı onun oğlu Təbriz Gülalıyev yayıb.

T. Gülalıyev qeyd edib ki, atasının durumu hələ də ağırdır: “Süni nəfəs aparatından çıxarılmasına baxmayaraq koma vəziyyətindədir. Həkimlər tezliklə ayılacağına dair söz deməyiblər. Onu da qeyd edim ki, daxili orqanlarında heç bir zərər olmadığı üçün özünün nəfəs alması normaldır. Əsas baş nahiyəsində olan ağır zədələrdir. Bununla bağlı heç bir irəliəyiş yoxdur”.

Xatırladaq ki, Oktay Gülalıyev ötən ayın 29-da, 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobillə vurulub. Vəziyyəti ağırlaşdığından ambulans təyyarəsi ilə Türkiyəyə göndərilib.