Milli Şura və AXCP-nin 19 oktyabrda keçrdiyi razılaşdırılmamış aksiyada saxlanılan Tofiq Yaqublu azadlığa buraxılıb.

Open.az xəbər verir ki, bu barədə qızı Nigar Həzi məlumat yayıb.

Belə ki, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olan T.Yaqublu barəsində 30 sutka inzibati həbs cəzası müddəti başa çatıb.