“Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərə müraciət edib.

Open.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, AZAL-ın təyyarələrində bəzi əşyalar unudulub:

“Əgər əşyanın sahibisinizsə və ya əşya sahibini tanıyırsınızsa, zəhmət olmasa, AZAL-ın itmiş əşyalar xidməti ilə (+994 12) 497-26-00 (daxili 30-81, 22-05) telefon nömrəsi və yaxud wt@azal.az e-poçt ünvanı vasitəsi ilə əlaqə saxlayın”.