Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasına qarşı görülən maarifləndirmə tədbirləri çərçivəsində ictimaiyyətin ayrı-ayrı sahələr üzrə hazırlanan "Metodiki Göstərişlər"lə daha yaxından tanış olması üçün TƏBİB və Bakı Media Mərkəzi animasiya şəklində videoçarxlar hazırlayıb.

Open.az "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər" əsasında hazırlanmış videoçarxı diqqətinizə çatdırır.

"Çox sadə gigiyenik qaydalara riayət etməklə, özünüzün və sevdiklərinizin sağlamlığının qoruya bilərsiniz. Unutmayın, sağlamlığınız öz əlinizdədir!"