Təəssüf ki, tibb içşçiləri arasında da yoluxmalar baş verir.

Open.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, xüsusi rejimli xəstəxanalarda tibb işçiləri arasında yoluxma halları çox az olub: “Ötən müddətdə Mərkəzi Neftçilər Xəstəxanasında cəmi 7 nəfər tibb işçisi virusa yoluxub, onların 4-ü evdə virusa yoluxaraq onu xəstəxanaya gətiriblər”.