Azərbaycanda sürücülük vəsiqələri üçün təşkil edən imtahanların dövlət imtahan mərkəzi tərəfindən icar olunması təklif edilir.

Open.az-ın xəbərinə görə, Millət vəkili Fazıl Mustafa deyir ki, bu ideyanı gerçəkləşdirmək çətin olsa da, mümkünsüz də deyil.

Fazil Mustafa (Millət Vəkili): "Bugünki qəzaların çoxu, məhz bundan doğan problemdir. Bu təbii ki, mümkündür. Bu məsələ öz həllini müvafiq qurumlar arasında danışıqlar olarsa həyəta keçirilə bilər".

Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.

Ekspertlər deyir ki, imtahanın hansı qurum tərəfindən keçirilməsinin önəmi yoxdur. Əgər bu iş DYP-dəki kimi icra ediləcəksə, başqa bir quruma həvalə etmək əlavə çətinliklər yarada bilər. Bu həm də vətəndaşların vaxt itkisinə də səbəb olacaq.

Elməddin Muradlı (Ekspert): "Sürücülük məsələləri ilə bağlı məsələ o qədər də qəliz bir iş deyil. Bunu yol polisi sadə şəkildə həyata keçirir. Real görünmür. Maddi texniki bazanı qurmaq, hər həftə iki-üç dəfə imtahan keçirmək. Bu DİM-in formatını kiçiltmək və ya işinin ağırlaşdırılmasına təsir göstərəcək".

Hazırda Azərbaycanda 4 milyona yaxın insanın insan sürücülük hüququna sahib olsa da, bu rəqəm günü-gündən artmaqdadır. Vətəndaşlar da, indiki prosedurun daha rahat və əlçatan olduğu qənaətindədir.

Millət vəkili Fazil Mustafa bu təklifin gerçəkməyəcəyi təqdirdə, şəffalıq üçün vətəndaş nəzarəti ilə bu imtahanların keçirilməsini təklif edir.

Fazil Mustafa (Millət Vəkili): "İndiki vəziyyətdə qalmaqla, ictimai nəzarəti gücləndirməklə, daha peşəkar formada, hazırlıqlı adamlara vəsiqənin verilməsi gerçəkləşdirilə bilər".

Təkliflərin, iradların fonunda, məsələ hələ ki, açıq qalır. Avtomobil idarə etməyi bacaran, qanun və qaydaları bilən şəxs üçün nə fərqi var ki, imtahanı harada verir? Əsas odur ki, bu imtahandan yox, yollarda üzləşəcəyi imtahandan qalib çıxsın...