İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Sumplust" MMC-nin direktoru Əli Məmmədov vəzifəsini tərk edib.

Open.az xəbər verir ki, şirkətə rəhbərlik Türkiyə vətəndaşı Nasir Kemal Mustafaoğluna həvalə olunub.

Xatırladaq ki, "Sumplust" 2017-ci ildə yaradılıb. Şirkət Almaniya texnologiyası əsasında polimerdən kisə və torbalar istehsal edir. (Report)