Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) Türkiyənin Sənaye və Texnologiya nazirinin müavini Hasan Büyükdedenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Open.az “Report”a istinadən xəbər verir ki, bu barədə SOCAR sosial şəbəkələrdəki rəsmi səhifəsində məlumat yayıb.

Bildirilib ki, görüşdə SOCAR-ın Azərbaycanda və Türkiyədə həyata keçirdiyi layihələr, iki qardaş ölkə arasında iqtisadi əlaqələrin perspektivləri müzakirə predmeti olub.