Slovakiyanın Baş naziri Peter Pelleqrini noyabrın 12-də Azərbaycana rəsmi səfərə gəlib.

Open.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Slovakiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hərbi orkestrin ifasında Slovakiyanın və Azərbaycanın dövlət himnləri səslənib.

Slovakiyanın Baş naziri Peter Pelleqrinini hava limanında Baş nazirin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.