Azərbaycanda 2005-ci ildən etibarən seçkilərdə “exit poll” keçirilir”.

Open.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, indiyə qədər heç vaxt “exit poll” keçirən təşkilatların nəticələri ilə rəsmi nəticələr arasında fərq çox olmayıb: "Azərbaycanda bir neçə təşkilat var ki, bu sahədə kifayət qədər təcrübəlidir”.