Saç tökülməsindən həm kişilər, həm də qadınlar əziyyət çəkir.

Open.az xəbər verir ki, bu problemin qarşısını almaq üçün istifadə olunan təbii vasitələrdən biri də palıd qabığıdır.

Palıd qabığı saçları möhkəmləndirir və kəpəkdən azad edir.

Bunun üçün saçlarınızı yuduqdan sonra palıd qabığı dəmləməsi ilə yaxalayın. Bu prosesi uzun müddət ərzində etmək lazımdır.

1 litr qaynar suya 5 xörək qaşığı ovulmuş palıd qabığı əlavə edin. 30 dəqiqə dəmlədikdən sonra məhlulla saçlarınızı yaxalayın.