Bu gün “Real” TV-nin televiziyanın fəaliyyətə başlamasından bir il ötür.

Open.az xəbər verir ki, “Real” TV xəbər kanalı olaraq fəaliyyətdə olduğu müddətdə eksklüziv xəbər və müsahibələr yayımlayıb.

TV-nin “Azerspace”də yayım tezliyi 11135, polarization, horizontal və symbol rate 27500-dir.

Xatırladaq ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2018-ci il martın 5-də keçirilən iclasının qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. MMC-nin xəbər kanalı “Real” TV adlanır. MMC-nin baş direktoru tanınmış telejurnalist Mir Şahin Ağayevdir.

Open.az-ın kollektivi “Real” TV-də çalışan həmkarlarını təbrik edir, onlara gələcək fəaliyyətlərinsə uğurlar arzulayır!