“Rayonlara gediş-gəlişin açılması koronavirusun yayılmasının təşviq edilməsi olardı”.

Open.az xəbər verir ki, bunu Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

O bildirib ki, bununla virus bütün rayonlara yayılacaq və ona nəzarət etmək mümkün olmayacaq: “Buna görə səbrli olmaq lazımdır. Narıncı zonalar sarı zonalara çevrildikdən sonra gediş-gəliş açıla bilər”.