Azərbaycanda koronavirusa qarşı peyvəndin kimlərə vurulacağı ilə bağlı strategiya hazırlanır.

Open.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, hazırda Azərbaycan koronavirusa qarşı peyvəndlə bağlı həm ikitərəfli, həm də çoxtərəfli danışıqlar aparır.

O qeyd edib ki, hazırda dünyada 9 şirkət peyvənd hazırlığının 3-cü mərhələsindədir. Həmin peyvəndlərdən hansı beynəlxalq səhiyyə qurumları tərəfindən təsdiq olunacaqsa, Azərbaycan da vaksini tətbiq edən ilk ölkələr sırasında olacaq.