“Qurban Məmmədovun həbsi ilə bağlı məndə hər hansı məlumat yoxdur. Bu barədə heç maraqlanmıram”.

Open.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədovun həbsi ilə bağlı məlumatlarla bağlı danışarkən deyib.

ADP sədri qardaşının Türkiyədə saxlanılması xəbərini mediadan eşitdiyini söyləyib:

“İnterpol axtarışında olduğu halda Türkiyəyə gəlibsə, deməli, nəticəsini də əvvəlcədən bilirdi. Əgər yaxalanıbsa, yəqin ki, hansısa uzunmüddətli planı var”.