Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən hərbi qulluqçular Qurban bayramı münasibətilə şəhid ailələrini ziyarət edib.

Müdafiə Nazirliyindən Open.az-a bildirilib ki, bayram münasibətilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi yad edilib, şəhid ailələrinə baş çəkilib, onlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb və bayram sovqatları təqdim olunub.