Respublikanın 62 avtovağzal və avtostansiya kompleksində gücləndirilmiş iş rejimi uzadılaraq martın 30-na qədər davam edəcək.

Open.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, bu qərar Novruz bayramını regionlarımızda ayın sonuna qədər qeyd etmək istəyən sərnişinlərin rahatlığını təmin etmək üçün nəzərdə tutulub. : "Regionlardan paytaxta ediləcək səfərlərə şamil olunacaq. Xüsusi ricamız da var. Biletlərinizi öncədən kassalardan əldə etməyi unutmayın. Bayramda yollarda gözlənilən sıxlığı nəzərə alaraq qeyri-qanuni daşımalarla səfərlərinizi riskə atmayın".