Magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar 03 iyun 2019-cu il tarixində gün ərzində Suraxanı rayonu Qaraçuxur və Zığ qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Open.az xəbər verir ki, yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.