Bu yaxınlarda ABŞ prezidenti Donald Trampla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında görüş gözlənilmir.

Open.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

O xatırladıb ki, əvvəllər amerikalı lider Putinlə görüşməyi rədd edib: "Deməli, bu vəziyyətdə top Vaşinqton tərəfindədir".

Qeyd edək ki, Putinin Trampla ilk rəsmi ikitərəfli görüşü 2017-ci ilin iyul ayında Hamburq şəhərindəki G20 zirvəsində olub. Rusiya Federasiyası və ABŞ liderlərinin ilk ikitərəfli sammiti 2018-ci ilin iyul ayında Helsinkidə keçirilib.

İki ölkə prezidentlərinin G20 sammitində (30 noyabr - 1 dekabr 2018) Buenos-Ayresdə də görüşəcəyi gözlənilirdi, lakin son anda Tramp bundan imtina edib.

Gülnar Qafarlı