“Azərbaycan Silahlı Qüvvələri düşmənin layiqli cavabını verir, düşmən yerində oturdulur".

Open.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyəti regional sülh üçün təhlükədir: "Ermənistan tərəfindən cılız və tamamailə realıqdan uzaq saxta məlumatlar hazırlanır. Bu onu göstərir ki, saxta məlumatlar hazırlayan və yayan Ermənistana heç vaxt xalqı inana bilməz".