Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında qrant yardımına dair” Çərçivə Sazişinin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Open.az xəbər verir ki, bununla da 2019-cu il yanvarın 11-də Bakı şəhərində imzalanmış Çərçivə Sazişi təsdiq edilib.