Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əlahəzrət, ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda dost Küveyt xalqına ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm.

Əminəm ki, Azərbaycan-Küveyt münasibətlərinin inkişafı bundan sonra da xalqlarımız arasındakı dostluq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daim sülh və rifah diləyirəm".