"Fairmont Baku" hotelində polis əməkdaşları əməliyyat keçirir.

Open.az-ın xəbərinə görə, hazırda polis əməkdaşları karantini pozan şəxslərin kimliyini müəyyənləşdirir.

Hazırda əməliyyat davam etdirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə "Fairmont Baku" hotelinin müştəriləri karantin qaydalarını pozduğu barədə görüntülər paylaşılıb.