Şəhid general-mayor Polad Həşimovun Qəbələdə ikinci ən böyük küçəyə adının verilməsi bir sıra KİV-lərdə yanlış şəkildə işıqlandırılıb.

Open.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Ceyhun Əsgərov deyib.

O, Polad Həşimovun adının verildiyi küçənin əvvəlki adının Həzi Aslanov olmadığını bildirib:

"Bir sıra KİV-lər məlumat yayıb ki, küçənin əvvəlki adı Həzi Aslanov olub. Bu səhv məlumatdır. Şəhid general-mayor Polad Həşimovun adı İsmayıl Bəy Qutqaşınlı küçəsinin bir hissəsinə verilib". (Trend)