Qəbələdə şəhid general-mayor Polad Həşimovun adını daşıyacaq küçə müəyyənləşib.

Open.az-ın məlumatına görə, şəhərin ikinci ən böyük küçəsinə Polad Həşimovun adı verilib.

Bu küçədə Şəhidlər Xiyabanı da yerləşir. Artıq sözügedən küçəyə ünvan lövhələri də vurulub.

Qeyd edək ki, küçənin əvvəlki adı Həzi Aslanov olub.