Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xüsusi şərtlərlə pensiya təyinatının da avtomatlaşdırılması istiqamətində işlərə başlayıb. Open.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə, e-sistem işə salınandan sonra xüsusi şərtlərlə pensiya təminat hüququ yaranan vətəndaşların (hərbi və xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və b.) da bu hüquqları yarandığı gün pensiya təyinatları heç bir yerə müraciət edilmədən və sənəd təqdim olunmadan, e-qaydada reallaşdırılacaq.

Ölkəmizdə cari ilin əvvəlindən ilk proaktiv xidmət olaraq pensiyaların elektron qaydada təyinatına başlanıb.

Avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi vətəndaşa pensiya hüququ yarandığı gündə e-qaydada pensiya təyin edilməsinə, bu sahədə məmur-vətəndaş təması olmadan, tam şəffaf xidmətin həyata keçirilməsinə imkan verib.