Koronavirus pandemiyası dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb.

Open.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin aktiv fəaliyyəti təmin olunub.

Onun sözlərinə görə, xaricdən idxal olunan hər hansı məhsulda qıtlıq olmayıb. PA rəsmisi vurğulayıb ki, Qərb sərhəd-keçid məntəqəsində yerli və əcnəbi sürücülər testdən keçirilir:

“Pandemiya başlayan dövrdən də şimal istiqamətindən polisin müşayiəti ilə keçid təmin olunur. Bu sahədə hər hansı problem varsa, birgə araşdıraraq həll yollarını tapmalıyıq”.