2020-ci ildə Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 352,2 milyon manatlıq məhsul istehsal edilib.

Open.az xəbər verir ki, əvvəlki illə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı isə 47,0 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35,7 faiz artıb, maşın və avadanlıqların istehsalı isə 5,1 faiz azalıb.

2020-ci ildə 1949 ədəd və ya ötən illə müqayisədə 411 ədəd az minik avtomobili istehsal olunub.