Hazırda Türkiyədə xəstəxanada müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş var.

Open.az xəbər verir ki, bu barədə oğlu Təbriz Gülalıyev məlumat yayıb. T. Gülalıyev bildirib ki, atasının son 2 gündə qızdırması olmayıb və nəfəs alması yaxşılaşıb: “Həmçinin böyrəklərində olan keratinin səviyyəsi azalmağa doğru gedir”.

Qeyd edək ki, hazırda O. Gülalıyev İstanbulda Amerikan xəstəxanasında müalicə olunur.