“Hazırda ölkədə kifayət qədər ərzaq ehtiyatı var”.

Open.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən iclasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib. O deyib ki, idxal və tranzit idxalında heç bir çətinlik yoxdur.

Bakı Nəqliyyat Agentliyi rəhbəri Vüsal Kərimli, “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov və Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev koronavirusla mübarizə üçün görülən qabaqlayıcı və maarifləndirici tədbirlər haqda məlumat veriblər.