Göygöl, Altıağac, Hirkan, Qızılağac, Şahdağ, Samur-Yalama Milli Parklarına və Korçay, Eldar Şamı Dövlət Təbiət Qoruqlarına rəhbər vəzifələrə işə qəbul üzrə müsabiqə elan edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Open.az-a verilən məlumata görə, müsabiqədə yaşı 25-dən yuxarı, ali təhsilli və rəhbər vəzifədə ən azı 5 il iş təcrübəsi olan şəxslər iştirak edə bilər.

Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

http://eco.gov.az/az/nazirlik/elan?newsID=10549