14:22

Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb.

Bu barədə Open.az-a partiyadan məlumat verilib.

Bildirilib ki, A.Hacılı bu gün polis əməkdaşları tərəfindən saxlanılıb və polis bölməsinə aparılıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının noyabrın 12-də BŞİH-in binası qarşısında piket keçirməsi ilə bağlı müraciətinə cavab verərək, piketin keçirilməsini məqsədəuyğun saymadığını bildirib. Daha sonra Müsavat Partiyası noyabr ayın 12-də BŞİH-nın qarşısında razılaşdırılmamış aksiya keçirəcəyini elan edib.

***

Müsavat Partiyasının başqanı Arif Hacılı sərbəst buraxılıb.

Open.az-ın xəbərinə görə, bu barədə "Facebook"da partiya sədri özü məlumat verib.