Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar müşahidəçilərin qeydəalınma prosesi bu gün başa çatır.

Open.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, proses başa çatdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.