“Ordumuzun arsenalında olan yüksək dəqiqlikli texnoloji vasitələr və silahlar genişmiqyaslı taktiki təlimlərdə tətbiq olunub”.

Open.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov deyib.

Onun sözlərinə görə, onların imkanlarının əməliyyatlarda birgə istifadəsi hərbi qulluqçularımız tərəfindən tam olaraq mənimsənilib: “Hazırda Ordumuz tərəfindən aparılan əks-hücum əməliyyatında düşmənin 30 illik müddətində müdafiə həddi, döyüş təcrübəsi heç bir işə yaramır. Düşmənin idarəetmə sistemi iflic vəziyyətdədir. Onların bölmələri nizamsız qaydada döyüş meydanından geriyə çəkilir”.