Beynəlxalq təcrübədə əmək haqqlarının paket şəkilində verilməsi, qeyri-rəsmi məşğulluğun bir növü kimi qiymətləndirilir.

Open.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlitinin əmək siyasəti şöbəsinin müdiri Əbülfət Məhərrəmov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, minimum əmək haqqının artırılmasını qeyri- rəsmi məşğulluğun arada qaldırılması kimi qəbul etmək lazımdır: "Bu zaman əmək haqqının qeyri-rəsmi verilən hissəsi rəsimləşmiş olur. İşəgötürən ixtisassız şəxslərə əmək haqqını 180 manatdan az verməməlidir''.

Şöbə müdiri bildirib ki, qeyri-rəsmi verilən əmək haqqının iqtisadiyyatımıza mənfi tərəfləri çoxdur: ''İşçi bundan gəlir vergisi vermir, dövlətə daxil olmalar azalır. Büdcəyə daxilolmalar artıqca, əhalinin sosial müdafiəsinin yaxşılaşmasına daha çox vəsait ayrılır. Bazar iqtisadiyyatı şəraitində bəzi işəgötürənlər işçilərə öz mövcud imkanlarından daha az əmək haqqı verirlər. Bu düzgün yanaşma deyil. Minimum əmək haqqının iqtisadi imkanlarından uyğun olmayan, bunun aşağı olmasından istifadə edən işəgötürənlər bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq əmək haqqı verəcəklər. Bununla da dövlət sosial fonduna ödənişlər artacaq, vətəndaşlarımızın pensiya təminatı yaxşılaşacaq. İqtisadiyyatın bir çox sahələrinə müsbət təsirini göstərəcək. Bununla da işçi özünün pensiya təminatı üçün pensiya kapitalının toplanmasıdır. Bununla da pensiyası yüksək məbləğdə tənzimlənəcək''. Şöbə müdiri qeyd edib ki, minimum əməkhaqqı davamlı olaraq artırılacaq: ''Əməkhaqqının real səviyyəyə uyğunlaşması təmin olunacaq. Bu yenilik özəl sektorlarda çalışan ən 150 min nəfərə təsir göstərəcək. Amma bunun əhatə dairəsi daha da geniş ola bilər. Özəl sektorda əsasən, bəzi xidmət sahələrində - avtomobil təmiri xidmətləri, çörək sexləri, hüquq şəxs statusunda olan ticarət sahələrində çalışanların əməkhaqqları minimum əməkhaqlarına uyğun verilib. 150 min-dən çox deyilən təbəqə məhz bu sahədə çalışanlara aiddir''.

Şəfiqə Nazimqızı