Milli Məclisin növbədənkənar iclası keçirilib.

Open.az xəbər verir ki, iclasın gündəliyinə 6 məsələ daxil edilib.

Deputatlar “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, ”Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini müzakirə edərək ikinci oxunuşda qəbul ediblər.