"Seçkilərə bağlı araşdırma işləri şəffaf keçirilib".

Open.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, Milli Məclisə seçkilərlə əlaqədar 4 seçki dairəsində səsvermənin nəticələri ləğv edilib: "Kifayət qədər məntəqələrin nəticələri etibarsız sayılıb. Biz lazımi qərarları qəbul etmişik. Bu gün MSK-da baxılmamış və araşdırılmamış müraciət qalmayıb".

MSK sədri vətəndaşlar üçün hər bir şərait yaradıldığını bildirib: "Seçkilərlə bağlı Azərbaycan ictimaiyyətində bir canlanma vardı. MSK səlahiyyətləri çərçivəsində hər bir addımı atdı. Çünki gözləntilər çox böyük idi".