Hazır metal məmulatlarının istehsalı artıb.

Dövlət Statistika Komitəsindən Open.az-a bildirilib ki, metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-aprel aylarında 223,3 milyon manatlıq məhsul istehsal olunub.

Metallurgiya sənayesində 2,3 dəfə, hazır metal məmulatlarının istehsalı sahəsində isə 4,4 faiz artım müşahidə edilib.

Dörd ayda sahə üzrə 9 min 453,9 ton qara metallardan sair konstruksiyalar istehsal olunub.