Oktyabrın 10-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. Open.az-ın məlumatına görə, bankdan bildirilib ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bundan əvvəlki valyuta hərracı Mərkəzi Bankda oktyabrın 3-də keçirilmişdi. Həmin vaxt da hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdı.