Xalq artisti Yalçın Rzazadənin səhhəti ilə bağlı məsələləri Heydər Əliyev Fondu öz nəzarətinə götürüb.

Bu barədə Open.az-a Heydər Əliyev Fondundan məlumat verilib.

Səhhətində son zamanlar yaranmış narahatlıqlarla əlaqədar müğənni Heydər Əliyev Fondunun dəstəyi ilə tam müayinə və müalicə kursu keçəcək.