Prezident İlham Əliyev Maqsud Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Open.az-ın məlumatına görə, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Maqsud Davud oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.