Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin deputatı Mahir Aslanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Open.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Mahir Məhəmmədəli oğlu Aslanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, M.Aslanov 1949-cu ildə anadan olub.